“Neftçi” daha bir legionerin transferinə hazırlaşır.
Bizim.Media xəbər verir ki, söhbət əslən Malidən olan futbolçu Felaye Sakodan gedir.
“Monpelye” klubunun şərəfini qoruyan təcrübəli oyunçu artıq paytaxt klubuna keçməyə razılıq verib. “Neftçi” futbolçunu bir illik icarəyə götürmək niyyətindədir.
Qeyd edək ki, Sako Fransanın “Sent Etyen, Belçikanın “Sent Truyden”, Macarıstanın “Uypeşt”, həmçinin Portuqaliyanın “Vitoriya” klublarında çıxış edib. Onun “Monpelye” ilə müqaviləsi gələn ilin yayında başa çatacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media