“Turan Tovuz” klubu heyətinə yeni futbolçu qatmağa hazırlaşır.
Bizim.Media xəbər verir ki, söhbət müdafiəçi Erik Veyqadan gedir.
Əslən Lüksemburqdan olan futbolçu baş məşqçi Kurban Berdıyev tərəfindən bəyənilib. Təcrübəli mütəxəssis tezliklə bu futbolçunun komandaya cəlb olunmasını istəyib.
Qeyd edək ki, Almaniyanın “Braunşveyq”, Portuqaliyanın “Aveş” və “Vilafrankense” klublarında çıxış etmiş Erik Veyqa hazırda klubsuzdur. 28 yaşlı futbolçu ilə danışıqlar artıq son mərhələdədir və onun yaxın günlərdə Tovuz təmsilçisi ilə müqavilə bağlayacağı gözlənilir.
Rəşad Rafiqoğlu, Bizim.Media