“Bayer” heyətinə yeni oyunçu cəlb edib.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Mançester Siti”dən Farid Alfa-Ruprext Leverkuzen təmsilçisinə keçib.
19 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb. Almaniyalı futbolçu 2022-ci ildə “Hamburq”dan “Mançester Siti”yə keçib. O, “şəhərlilər”in U-18 komandasında çıxış edirdi.
Rəşad Rafiqoğlu, Bizim.Media