"Jirona" "Atletiko"nun futbolçusu Toma Lemarı icarəyə götürəcək.
Bizim.Media xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Fransalı yarımmüdafiəçinin yeni klubla icarə müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub. "Jirona" Lemarın maaşının 50 faizini ödəyəcək.
Qeyd edək ki, Toma Lemar 2018-ci ildə "Atletiko"ya "Monako"dan 65 milyon avroya transfer olunmuşdu. O, La Liqada 125 oyuna çıxıb və 9 qol vurub. Ötən mövsüm isə Lemar cəmi 8 oyunda iştirak edib və məhsuldar göstərici ilə yadda qalmayıb.
Bizim.Media