"Barselona"nın qapıçısı Mark Andre Ter Ştegen əməliyyat keçirəcək.
Bizim.Media xəbər verir ki, bu səbəbdən alman qapıçı Kataloniya təmsilçisindən ayrılmayacaq.
O daha 3 ay müddətinə yaşıl meydanlardan uzaq qalacağını açıqlayıb:
"Əziz "Barselona" azarkeşləri. Bu klubun rənglərini və formasını meydanda və meydandan kənarda, uğurlu və çətin anlarda qürurla geyinirəm. Bu gün mənim üçün çətin bir gündür.
Fiziki olaraq formada olsam da, ağrılardan qurtula bilməmişəm. Klubun tibbi heyəti ilə danışıqlardan sonra mənim üçün ən tez və təhlükəsiz şəkildə sağalmaq üçün yenidən əməliyyat olmalıyam.
Son əməliyyatımdan sonra 66 gün sonra meydana qayıtdım, bu dəfə 3 aya qədər çəkəcək. Sizə müalicəmlə bağlı məlumatları çatdıracam", Ter Ştegen qeyd edib.
Rəşad Rafiqoğlu, Bizim.Media