Ötən mövsüm "Şamaxı"da çıxış edən Leroy Mikels karyerasını Azərbaycanda davam etdirəcək.
Bizim.Media xəbər verir ki, "Kəpəz" 30 yaşlı hücumçu ilə ilkin razılıq əldə edib.
Alman forvardla 1 illik anlaşma əldə olunub.
Qeyd edək ki, "Sabah"da çıxış edən Coy-Lens Mikelsin qardaşı olan Leroy Mikels ötən mövsüm Premyer Liqada 24 oyuna çıxıb 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media