Bu mövsümdən yenidən Azərbaycan Premyer Liqasında iştirak edəcək “Karvan” növbəti transferini reallaşdırıb.
Bizim.Media xəbər verir ki, Yevlax təmsilçisi müdafiəçi Şakil Sno ilə anlaşıb.
Əslən niderlandlı olan futbolçu “Ayaks”ın yetirməsidir. 29 yaşlı sağ cinah müdafiəçisinin son klubu Maltanın “Qzira Yunayted” komandası olub.
O, həmçinin Niderlandın “Telstar”, Norveçin “Olesunn”, Bolqarıstanın “Lokomotiv” Plovdiv və Rumıniyanın “Botoşani” klublarının da şərəfini qoruyub.
Rəşad Rafiqoğlu, Bizim.Media