"Atletiko" yeni transfer gerçəkləşdirib.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspaniya gənclərdən ibarət milli komandasının müdafiəçisi Mark Pubill "Almeriya"dan "Atletiko"ya keçib.
190 sm boyu olan 22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Mark ötən il İspaniya millisi ilə Paris-2024-ün qalibi olub.
Bizim.Media