"Ola bilər ki, məğlubiyyət də bizə sərf etsin" - Qurban Qurbanov

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda keçiriləcək "Şelburn"a qarşı matçdan danışıb.

Bizim.Media xəbər verir ki, o, matçdan öncə keçirilən mətbuat konfransında deyib:

- Çox yaxşı bir komandaya qarşı oynayırıq. Bu komanda haqqında ancaq xoş sözlər demək olar. Çünki bu komandanın oyununu həm də canlı izlədim. Özünəxas oyun üslubu və bunu düzgün yerinə yetirən futbolçuları var. Çox intizamlı və fiziki cəhətdən yaxşı olan oyunçuları var. Rəqibin oyun təcrübəsi bizdən biraz yuxarıdır.

Çünki onlar həm çempionatlarında oyunlarını davam etdirirlər, həm də artıq Çempionlar Liqasının təsnifat mərhələsində 2 oyun keçiriblər. Ona görə idman forması baxanda, böyük ehtimal, bizdən daha yaxşı durumdadırlar. Hər bir halda rəqibi yaxından tanımağa çalışmışıq. Sabahkı oyunda mütləq çalışmalıyıq ki, səhvsiz oynayaq. İnanıram ki, ən azından azarkeşlər üçün maraqlı oyun olacaq. Baxmayaraq ki, azarkeşlərin sayı burada azdır, amma sanki 10-15 minlik stadionda oynayırsan. Çünki onların azarkeşlərinin sayı az olsa da, istəklərini Belfastda canlı gördüm.

- Təhlükəni daha çox nədən gözləyirsiniz?

- Çox istəklidirlər. Həmçinin öz oyun sistemlərini düzgün yerinə yetirirlər: həm sürətli əks-hücumları, həm də mövqelərində hücuma yaxşı hazırlaşan komandadır. Standart vəziyyətlərdə də təhlükəlidirlər. Ümumi olaraq hər elementdə təhlükəlidirlər. Buna görə də mən dedim ki, sabah biz çalışmalıyıq, az səhv edək. Öz bacarığını üzə çıxaran və bir-birini yaxşı tanıyan kollektivdir.

- "Qarabağ" Avropada böyük təcrübəyə malikdir, uzun illərdir ardıcıl olaraq qrup mərhələsində iştirak edir. Bunun sirri nədir?

- Sirr deməzdim, sadəcə klub öz işinə çox ciddi yanaşır. Rəhbərlik səviyyəsində elə iş qurulub ki, hər il ən azından uğur qorunub saxlanılmalıdır deyə bir prinsip var. Həmişə çalışmışıq ki, istəkli kollektivimiz olsun. Bəzi dəyişikliklərə baxmayaraq, bunu qoruya bilmişik. Əfsuslar olsun ki, problemlər hər il olur. Bəzən düşündüyümüz nəticələri əldə edə bilmirik. Amma bəli, 11 il qruplarda oynamağı böyük uğur sayırıq. Amma bəzən düşündüyün kimi alınmır.

- Bir neçə il əvvəl İrlandiyada "Dandolk"la qarşılaşma var idi. Həmin matçda heç-heçə qeydə alınımışdı və Bakıda qələbə qazanaraq mərhələni keçmişdiniz. Sabah da heç-heçə qeydə alınsa, buna necə yanaşarsınız?
 

- Ola bilər ki, minimal hesablı məğlubiyyət də bizə sərf etsin. Çünki ikinci oyuna daha yaxşı hazırlaşmaq imkanımız olacaq. Amma dediyim kimi, bizi çox istəkli və intizamlı komandaya qarşı oyun gözləyir. Ona görə yox ki, rəqibə tərif verirəm. Onlar bunu haqq edirlər. Bir-birilərini tamamlayan futbolçuları var.


Əsas da öz stadionlarında, azarkeşləri qarşısında çox alışıb yanan kollektivdir. Ona görə bu stadionda oynamaq heç də asan deyil. Bu gün bu kollektiv istənilən komandaya qarşı oynamağa bacardığını göstərir. Onlar həm fiziki, həm texniki, həm də sistem baxımından keyfiyyətlidirlər. Ona görə də sabahkı oyunda hər bir nəticə ola bilər. Əvvəlcədən bir şey deyə bilmərik. Ola bilər, bizə bərabərlik, ya qalibiyyət sərf etsin. Ya da minimal hesablı məğlubiyyət. Hər bir halda qalib cavab oyununda bilinəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mərdəkanda dənizdə batan 18 yaşlı oğlanın meyiti tapıldı

Mərdəkanda dənizdə batan 18 yaşlı oğlanın meyiti tapıldı

Azərbaycanda bu təhsil idarəsində pozuntular: 33 rəhbər şəxs işdən ÇIXARILDI

Azərbaycanda bu təhsil idarəsində pozuntular: 33 rəhbər şəxs işdən ÇIXARILDI

Gülbən Ergən döyülərək öldürülən gənc üçün aksiyada – VİDEO

Gülbən Ergən döyülərək öldürülən gənc üçün aksiyada – VİDEO

Naməlum şəxs yanğın şitinin suyunu satır – ANBAAN VİDEO

Naməlum şəxs yanğın şitinin suyunu satır – ANBAAN VİDEO

Kərə yağında süni BAHALAŞMA OYUNU – 3 dəfə artıq yağ ehtiyatımız niyə “əl yandırır?”

Kərə yağında süni BAHALAŞMA OYUNU – 3 dəfə artıq yağ ehtiyatımız niyə “əl yandırır?”

Bu tarixdən sonra nağd pul LƏĞV OLUNACAQ

Bu tarixdən sonra nağd pul LƏĞV OLUNACAQ

Laçında rəqs festivalı keçiriləcək - FOTO

Laçında rəqs festivalı keçiriləcək - FOTO

Türkiyə Almaniyadan 40 döyüş təyyarəsi alacaq

Türkiyə Almaniyadan 40 döyüş təyyarəsi alacaq

Sabahın hava PROQNOZU: Bəzi rayonlarda yağış yağacaq

Sabahın hava PROQNOZU: Bəzi rayonlarda yağış yağacaq

Ağsuda qardaş qardaşı BIÇAQLADI

Ağsuda qardaş qardaşı BIÇAQLADI

DİN-in xüsusi əməliyyatı: Hüseyn Məhərrəmov TUTULDU – FOTO / VİDEO

DİN-in xüsusi əməliyyatı: Hüseyn Məhərrəmov TUTULDU – FOTO / VİDEO

“Qarabağ” ilk sınağa çıxır - Mərhələni kim keçəcək?

“Qarabağ” ilk sınağa çıxır - Mərhələni kim keçəcək?

Gəncədə bıçaqlanan iki qardaşın SON DURUMU

Gəncədə bıçaqlanan iki qardaşın SON DURUMU

"Formula-1" üzrə Azərbaycan Qran-prisinə cəmi iki ay qaldı

"Formula-1" üzrə Azərbaycan Qran-prisinə cəmi iki ay qaldı

Ağdərədə bu avtomobil yolları yenidən qurulur – FOTO/VİDEO

Ağdərədə bu avtomobil yolları yenidən qurulur – FOTO/VİDEO

Azərbaycanın strateji valyuta ehtiyatları 77 milyard dolları ötdü

Azərbaycanın strateji valyuta ehtiyatları 77 milyard dolları ötdü

Saatlıya yeni prokuror təyin edildi - FOTO

Saatlıya yeni prokuror təyin edildi - FOTO

Məhkəmə zalından azadlığa buraxıldı - GÜNAHI NƏ OLUB?

Məhkəmə zalından azadlığa buraxıldı - GÜNAHI NƏ OLUB?

Zaqatalada çay bəndi uçma TƏHLÜKƏSİ ilə üz-üzə QALIB – Problem NƏZARƏTƏ götürüldü - FOTO

Zaqatalada çay bəndi uçma TƏHLÜKƏSİ ilə üz-üzə QALIB – Problem NƏZARƏTƏ götürüldü - FOTO

Avtomobildə sıxılı vəziyyətdə qalan şəxs belə xilas edildi – VİDEO

Avtomobildə sıxılı vəziyyətdə qalan şəxs belə xilas edildi – VİDEO

DYP yük avtomobillərinin sürücülərinə müraciət etdi

DYP yük avtomobillərinin sürücülərinə müraciət etdi

Qızdırması qalxan 4 yaşlı uşaq evdə HƏYATINI İTİRDİ

Qızdırması qalxan 4 yaşlı uşaq evdə HƏYATINI İTİRDİ

3 yaşlı uşağın müəmmalı ölümü: "Həkim bizə dedi ki, heç bir problemi yoxdur" – VİDEO

3 yaşlı uşağın müəmmalı ölümü: "Həkim bizə dedi ki, heç bir problemi yoxdur" – VİDEO

Elxan Əbdürrəhimov 11 il əvvəlki vəzifəsinə TƏYİNAT aldı - ÖZƏL

Elxan Əbdürrəhimov 11 il əvvəlki vəzifəsinə TƏYİNAT aldı - ÖZƏL

End of content

No more pages to load

RADİO