Ağdam və Ağdərə rayonu ərazisində genişmiqyası əhatə edən yanğın baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Ağdam rayonunun Əliağalı, Yeni Qaralar, Ağdərə rayonunun Sırxavənd və Qazancı kəndləri ərazisində otlaq və kolluq ərazilərdə yanğın baş verib.
Yanğının miqyası sürətlə genişlənir.
Əraziyə yanğınsöndürən briqadaları cəlb olunub.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu.