“Qarabağ” klubunun gənc qapıçısı Sadiq Məmmədzadə karyerasını ölkə xaricində davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, Serbiyanın İMT klubu qolkiperi heyətinə qatmaq istəyir.
Bir müddət öncə adıçəkilən komandada baxışda olan Məmmədzadə yaxın müddətdə bu ölkəyə yollanıb danışıqların son mərhələsinə başlamalıdır.
Qeyd edək ki, bir müddət əvvəl Sadiq Məmmədzadənin “İmişli”yə keçidi gündəmdə olsa da, bölgə klubu bu transferdən imtina edib.
Rəşad Rafiqoğlu, Bizim.Media