“Zirə”nin legioneri Salifu Sumanın karyerasını harada davam etdirəcəyi böyük maraq doğurur.
Bizim.Media xəbər verir ki, Qəsəbə təmsilçisinin avrokuboklar üçün iştirak ərizəsinə salınmayan futbolçunun indi də Norveç komandasına satılacağı bildirilir.
Sumanın transferi ilə bağlı “Molde”nin “Zirə” ilə anlaşdığı və yaxın günlərdə adıçəkilən komandaya transfer olunacağı gözlənilir.
Xatırladaq ki, Salifu Sumaya daha öncə “Dinamo” Kiyev və “Moribor” maraq göstərsə də, həmin klublar transfer məsələsində “Zirə” ilə ortaq məxrəcə gələ bilməmişdilər.
Rəşad Rafiqoğlu, Bizim.Media