Azərbaycanlı futbolçu Zamiq Əliyevin Ukraynanın “Veres” klubuna keçidi alınmayıb.
Bizim.Media xəbər verir ki, buna səbəb adıçəkilən komandanın transfer barədə razılığa gələ bilməməsidir.
Belə ki, klub təmsilçiləri Zamiqin müqavilə ilə məxsus olduğu Albaniyanın “Eqnatiya” klubu ilə danışıq aparsalar da, keçid üçün maliyyə məsələsində anlaşa bilməyiblər.
Qeyd edək ki, Zamiq Əliyevin “Eqnatiya” ilə 2027-ci ilə qədər müqaviləsi var.
Rəşad Rafiqoğlu, Bizim.Media