“Azərreyl”in Çempionlar Liqasındakı hədəfi bəlli oldu – Klub prezidentindən AÇIQLAMA

Bu mövsüm voleybol tariximizdə ilk dəfə ölkəmizin kişilərdən ibarət “Azərreyl” klubu Çempionlar Liqası turnirində mübarizə aparacaq.

Bu önəmli turnirdə iştirak edəcək klubun prezidenti Ramin Əzizov Bizim.Media-ya açıqlama verib.

O, Çempionlar Liqasında əsas məqsədlərini açıqlayıb:
 

“Əvvəla onu deyim ki, kişi voleybol klubumuzun ilk dəfə olaraq Çempionlar Liqasında iştirak etməsi "Azerreyl" Voleybol Klubu və bütövlükdə ölkə voleybolu üçün olduqca əlamətdar və qürurverici hadisədir. Püşkatmanın nəticələrinə əsasən, turnirə reytinqin aşağı pilləsindən başlasaq da, məqsədimiz səviyyəli oyun göstərmək, mərhələləri adlamaq və Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil etməkdir. Komandamızın formalaşmış və stabil heyəti var.


Ölkə çempionu olan əsas nüvəni qoruyub saxlamışıq. Bu, bizə əlavə inam verir. Biz turnirə sadəcə qatılmaq üçün yox, rəqabət aparmaq və ölkəmiz üçün reytinq xalları qazanmaq məqsədilə çıxırıq.”

Klub prezidenti eyni zamanda ilkin mərhələdəki rəqibləri haqqında da məlumatlı olduqlarını qeyd edib:

“1-ci təsnifat mərhələsində rəqibimiz Serbiyanın “Radniçki” klubudur. Onlar uzun fasilədən sonra Serbiya çempionu olaraq bu turnirdə yer alıblar. Heyətlərində legioner olmasa da, Serbiya voleybol məktəbinin güclü ənənələri var. Biz artıq rəqibin oyunlarını və potensialını ciddi şəkildə təhlil etməyə başlamışıq. Bu turnir bizim üçün həm məsuliyyətdir, həm də motivasiyadır.

Əlimizdən gələni edəcəyik ki, bu etimadı doğruldaq və Azərbaycan adını voleybol üzrə Avropa arenasında uca tutaq”.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Biləsuvar xəstəxanasında 3 yaşlı uşaq ölüb

Biləsuvar xəstəxanasında 3 yaşlı uşaq ölüb

“Zirə”nin legioneri Norveç klubuna keçir?

“Zirə”nin legioneri Norveç klubuna keçir?

Sumqayıtda kişi döyülərək öldürülüb, iki oğlu şübhəli bilinir

Sumqayıtda kişi döyülərək öldürülüb, iki oğlu şübhəli bilinir

“AzParking” tətbiqi ilə bağlı YENİLİK

“AzParking” tətbiqi ilə bağlı YENİLİK

“Koroğlu” körpüsünün üzərində QƏZA: Sıxlıq yarandı - FOTO

“Koroğlu” körpüsünün üzərində QƏZA: Sıxlıq yarandı - FOTO

Azərbaycanlı futbolçunun Ukrayna klubuna keçidi alınmadı

Azərbaycanlı futbolçunun Ukrayna klubuna keçidi alınmadı

Polşadan öz vətəndaşlarına TÖVSİYƏ: Rusiyanı tərk edin!

Polşadan öz vətəndaşlarına TÖVSİYƏ: Rusiyanı tərk edin!

Dövlətə xəyanət edən şəxsə HÖKM OXUNDU – DTX saxlamışdı

Dövlətə xəyanət edən şəxsə HÖKM OXUNDU – DTX saxlamışdı

Mərdəkanda bir nəfər dənizdə batdı

Mərdəkanda bir nəfər dənizdə batdı

Səidə Dadaşova illərdir anası ilə danışmır

Səidə Dadaşova illərdir anası ilə danışmır

Azərbaycanda qaraciyər xərçənginə qarşı PEYVƏND vurulur? - Rəsmi AÇIQLAMA

Azərbaycanda qaraciyər xərçənginə qarşı PEYVƏND vurulur? - Rəsmi AÇIQLAMA

Qubada mətbuatın 150 illiyi belə qeyd edildi – FOTO

Qubada mətbuatın 150 illiyi belə qeyd edildi – FOTO

Daha bir rayonda ehsan ləğv edildi

Daha bir rayonda ehsan ləğv edildi

Ceyhun Bayramov Gürcüstan Prezidenti ilə görüşdü

Ceyhun Bayramov Gürcüstan Prezidenti ilə görüşdü

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb – FOTO

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb – FOTO

Prezidentdən əhəmiyyətli QƏRAR - Daşınmaz əmlak qeydiyyatında DƏYİŞİKLİK

Prezidentdən əhəmiyyətli QƏRAR - Daşınmaz əmlak qeydiyyatında DƏYİŞİKLİK

Məktəbəhazırlıq qrupları üzrə məktəb və müəllim seçimi başladı

Məktəbəhazırlıq qrupları üzrə məktəb və müəllim seçimi başladı

Blogerin əməliyyat otağındakı çəkilişi QALMAQAL yaratdı - NAZİRLİK araşdırmalara BAŞLADI – VİDEO

Blogerin əməliyyat otağındakı çəkilişi QALMAQAL yaratdı - NAZİRLİK araşdırmalara BAŞLADI – VİDEO

Dövlət sərhədində atəş səsləri – İrandan gələn naməlum şəxs…

Dövlət sərhədində atəş səsləri – İrandan gələn naməlum şəxs…

Tbilisidə torpaq sahəsi 49 il müddətinə Azərbaycanın pulsuz istifadəsinə verildi

Tbilisidə torpaq sahəsi 49 il müddətinə Azərbaycanın pulsuz istifadəsinə verildi

Samir Əzimzadə YÜKSƏK VƏZİFƏYƏ təyin olundu

Samir Əzimzadə YÜKSƏK VƏZİFƏYƏ təyin olundu

Şimal bölgəsində fəaliyyətini davam etdirən yeganə QƏZET – 93 yaşlı “Xaçmaz”ın HƏYAT YOLU – VİDEO

Şimal bölgəsində fəaliyyətini davam etdirən yeganə QƏZET – 93 yaşlı “Xaçmaz”ın HƏYAT YOLU – VİDEO

Kamran Əliyevdən XƏBƏRDARLIQ: “Rusiya AZAL təyyarəsinin istintaqı ilə bağlı məlumatları verməsə...”

Kamran Əliyevdən XƏBƏRDARLIQ: “Rusiya AZAL təyyarəsinin istintaqı ilə bağlı məlumatları verməsə...”

Sertifikasiyadan keçən müəllimlərə şad xəbər: Maaşları BU TARİXDƏN ARTACAQ

Sertifikasiyadan keçən müəllimlərə şad xəbər: Maaşları BU TARİXDƏN ARTACAQ

End of content

No more pages to load

RADİO