Bu gün UEFA Avropa Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan püşkatmada "Qarabağ"ın potensial rəqibləri müəyyənləşib.
Belə ki, Ağdam təmsilçisi Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiya klubu "Şelburn"a uduzarsa, Avropa Liqasında "Riyeka" (Xorvatiya) - "Ludoqorets" (Bolqarıstan) cütünün məğlubu ilə qarşılaşacaq.
Qeyd edək ki, Avropa Liqasında III mərhələnin ilk oyunları avqustun 7-də, cavab görüşləri bir həftə sonra baş tutacaq.
Bizim.Media