Londondakı "Uembli" stadionunda super ağır çəkidə mütləq dünya çempionu adı uğrunda döyüş keçirilib.
Bizim.Media xəbər verir ki, WBA, WBC və WBO kəmərləri üzrə dünya çempionu Oleksandr Usik IBF çempionu Daniel Dubua ilə qarşılaşıb.
İlk iki raund ukraynalı, növbəti iki raund isə britaniyalı boksçunun üstünlüyü ilə keçib. 5-ci raundda Usik dəqiq zərbələrlə Dubuanı nokuat edib.
O, karyerasında keçirdiyi 24 görüşün hamısında qələbə qazanıb. Dubua isə 25 döyüşün 22-də qalib gəlib, 2-də isə rinqi məğlub tərk edib. Qeyd edək ki, Danielin revanş arzusu baş tutmayıb. Boksçular arasında 2023-cü ilin avqustunda baş tutan döyüşdə Oleksandr nokautla qalib gəlib.
Rəşad Rafiqoğlu, Bizim.Media