“Yuventus” heyətinə yeni futbolçu qatmağa hazırlaşır.
Bizim.Media “Corriere dello Sport”a istinadən xəbər verir ki, Turin təmsilçisi “Sportinq”dən Morten Hyulmandı transfer etməyə yaxındır.
Tərəflər artıq keçid üçün razılaşıblar. Bildirilir ki, "Yuventus" 26 yaşlı yarımmüdafiəçi üçün 80 milyon avro ödəyəcək.
Qeyd edək ki, Hyulmand 2023-cü ilin yayından “Sportinq”in formasını geyinir.
Bizim.Media