Niderland millisinin sabiq üzvü Uesli Sneyderin oğlu Cessi Sneyder ilk peşəkar müqaviləsini imzalayıb.
Bizim.Media xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi "Utrext"lə 3 illik müqavilə bağlayıb.
Bu barədə Niderland klubunun mətbuat xidməti məlumat yayıb. Cessi "Utrext" U-21 gənclər komandasında çıxış edəcək.
Uesli Sneyder sosial şəbəkə hesabında bunları paylaşıb: "Səninlə fəxr edirəm. Qətiyyətin və iradənin mükafatlandırıldı. Hər şey yeni başlayır. Uğurlar oğlum".
Bizim.Media