“Neftçi” klubu heyətinə yeni qapıçı cəlb etmək istəyir.
Bizim.Media xəbər verir ki, rəhbərlik hazırda avstraliyalı qapıçı Tom Qloverlə danışıq aparır. 27 yaşlı qolkiper İngiıtərənin “Midlsbro” klubunun üzvüdür.
Onun komanda ilə növbəti mövsümün sonuna qədər müqaviləsi var. “Tottenhem”in yetirməsi olan Tom Qlover əvvəllər öz ölkəsinin “Sentral Kost” və “Melburn Siti”, həmçinin İsveçin “Helsinborq” komandalarının şərəfini qoruyub.
Avstraliya yığmasının heyətinə dəvət olunsa da, hələ də millinin heyətində rəsmi debüt etməyib. “Neftçi” Qloveri bir mövsüm üçün icarəyə götürmək istəyir.
Rəşad Rafiqoğlu, Bizim.Media