“Barselona”nın 18 yaşlı futbolçusu Lamin Yamal klubla yeni müqavilə imzalayıb.
Bizim.Media xəbər verir ki, o, imza mərasiminə nənəsi ilə birlikdə gəlib.
Bu görüntülər isə marağa səbəb olub.
Qeyd edək ki, Lamin Yamal “Barselona” ilə 2031-ci ilə qədər müqavilə imzalayıb.
Xatırladaq ki, Lamin Yamal 2007-ci il iyulun 13-də İspaniyanın Espluges-de-Llobregat şəhərində doğulub. Onun atası Münir Nasraoui mərakeşli, anası Şeyla Eban isə Ekvatorial Qvineyalıdır.
Yamalın valideynləri onun 3 yaşı olanda ayrılıb. Lakin hər iki valideyn uşaqlıq dövrü boyu onunla birlikdə olub və ona dəstək göstəriblər.
O, gənclik illərinin böyük hissəsini Barselonada keçirib. 2014-cü ildə "Barselona" klubunun akademiyasına qəbul olunduqdan sonra burada inkişaf etməyə başlayıb.
Bizim.Media