UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Sabah" bu gün Sloveniyanın "Sele" komandası ilə cavab matçına çıxacaq.
Bizim.Media xəbər verir ki, qarşılaşma Sloveniyanın Sele şəhərindəki eyniadlı stadionda baş tutacaq.
Bakı vaxtı ilə 22:00-da start götürəcək görüşü Bolqarıstandan olan hakimlər briqadası idarə edəcəklər.
Xatırladaq ki, komandalar arasında Bakıda baş tutan ilk görüş Sloveniya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Bizim.Media