"Neftçi" 2025/26 mövsümünün ev formasını təqdim edib.
Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, formanın üzərində Bakı təmsilçisinin 2026-cı ilin fevralında 80 illik yubileyini qeyd edəcəyi klub əfsanəsi Anatoli Banişevskinin “İdeal futbolçu silueti” adlanan xüsusi təsviri yer alır.
Köynəklər “Kappa” tərəfindən “Neftçi” üçün eksklüziv hazırlanıb. Formanın arxa boyun hissəsinə işlənmiş xüsusi detal - 8 və 0 rəqəmlərinin incə birləşməsi həm 80 illik yubileyi, həm də əbədiyyəti simvolizə edir.
Bizim.Media