"Fənərbağça" rəhbərliyi Milan Şkrinyarla şəxsi məsələlərdə razılığa gəlib.
Bizim.Media xəbər verir ki, İstanbul klubu hazırda PSJ ilə son danışıqları aparır. Bundan sonra slovakiyalı müdafiəçi yenidən "sarı-lacıvərdlilər"ə qoşulacaq. Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Şkrinyar bu ilin yanvarında icarə əsasında "Fənərbağça"ya keçmişdi. O, burada 23 oyunda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.
Əlavə edək ki, Türkiyə klubu Şkrinyardan başqa PSJ-dən Marko Asensio ilə də maraqlanır.
Onlar iki futbolçunu birlikdə transfer etmək istəyir.
Rəşad Rafiqoğlu, Bizim.Media