“Sabah” heyətinə daha bir legioner cəlb etməyə çalışır.
Bizim.Media xəbər verir ki, “bayquşlar” Daniel Lesovoyla maraqlanır. Gələn ilin yayınadək Moskva “Dinamo”suna məxsus olan 27 yaşlı oyunçu ilə danışıqlar başlayıb.
Futbolçunu ölkəmizə gəlməyə razı salan klub rəsmiləri “Dinamo” ilə transfer məbləğini razılaşdırmağa çalışır.
Lesovoy Kiyev “Dinamo”su və “Zenit”də yetişib. 2020-ci ildə 600 min avroya Tula “Arsenal”ına transfer olunan cnah hücumçusu bir ay sonra 3 qat bahasına Moskva “Dinamo”suna keçib.
Paytaxt təmsilçisi onu 2024-cü ilin qışında Hayfa “Makkabi”sinə, ötən yay isə AEL-ə (Limassol) icarəyə verib.
Rəşad Rafiqoğlu, Bizim.Media