Əminə Tağı: “Erməni ilə görüşdə başa düşürdüm ki, mütləq qalib gəlməliyəm”

“Avropa birinciliyinə çox yaxşı hazırlaşmışdım. Təlim-məşq toplanışlarında istər milli, istərsə də şəxsi məşqçimlə çox əziyyət çəkmişdik və şükürlər olsun ki, bunun bəhrəsini gördük”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının rəsmi saytına Serbiyanın Novi Pazar şəhərində yeniyetmələr arasında keçirilən Avropa birinciliyinin qalibi Əminə Tağı deyib.

50 kq-da qitənin ən güclüsü adına yiyələnən 15 yaşlı boksçu qələbəsini dəyərləndirib. O bildirib ki, yarışa yollananda hədəfi qızıl medal olub:

“Avropa birinciliyi mənim üçün uğurlu alındı. Özümə və bacarığıma arxayın idim. Yarımfinalda slovakiyalı Dominika Vnukova ilə qarşılaşdım və görüşdə tam üstünlüklə qalib gəldim. 
Finalda rəqibim erməni Amest Afrikyan oldu. Həmin döyüşdə başa düşürdüm ki, nə olursa-olsun, qalib gəlməliyəm. Həlledici qarşılaşmaya çox yaxşı hazırlaşmışdım. Məşqçilərim və ailəm görüş öncəsi əla motivasiya vermişdilər. 

Bunun da nəticəsində rinqdə inamlı mübarizə apardım və mənim üçün vacib olan qələbə qazandım. Sevincliyəm. Mükafatlandırma da arenada deyil, şəhərin mərkəzində oldu. Novi Pazarda Azərbaycan himnini səsləndirdiyim üçün sevincimin həddi-hüdudu yoxdur”.

Əminə Tağı əsas məqsədini də açıqlayıb. Onun sözlərinə görə, ən böyük hədəfi Olimpiya Oyunlarında uğur qazanmaqdır:

“İndi etdiyim bütün məşqlər və əziyyətlər 4 illiyin möhtəşəm yarışına hesablanıb”.

Qeyd edək ki, Azərbaycanın qız boksçuları Avropa birinciliyində 1 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qəhvə qadınların sağlam yaşlanmasına KÖMƏK EDİR

Qəhvə qadınların sağlam yaşlanmasına KÖMƏK EDİR

Rəqsanədən ETİRAF: “Fazil müəllim borclarımı ödəyib, mənə evlər aldı” - VİDEO

Rəqsanədən ETİRAF: “Fazil müəllim borclarımı ödəyib, mənə evlər aldı” - VİDEO

Alyaska sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu - 7, 2 bal

Alyaska sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu - 7, 2 bal

“Atletiko” amerikalı futbolçu TRANSFER ETDİ

“Atletiko” amerikalı futbolçu TRANSFER ETDİ

Culfa Regional Tibb Mərkəzinə direktor təyin edilib - FOTO

Culfa Regional Tibb Mərkəzinə direktor təyin edilib - FOTO

“Bəhreyn Ukraynaya “Patriot” sistemlərini verməyəcək”

“Bəhreyn Ukraynaya “Patriot” sistemlərini verməyəcək”

Lamin Yamal “Barselona”nın yeni 10 nömrəsi oldu

Lamin Yamal “Barselona”nın yeni 10 nömrəsi oldu

Bu bürcləri möcüzəli dəyişiklik dalğası GÖZLƏYİR: Şans tezliklə gələcək

Bu bürcləri möcüzəli dəyişiklik dalğası GÖZLƏYİR: Şans tezliklə gələcək

Laçındakı yanğın yerində PARTLAYIŞ oldu - VİDEO

Laçındakı yanğın yerində PARTLAYIŞ oldu - VİDEO

TBMM-dən İsrailin hücumlarına REAKSİYA: “Suriya xalqının yanındayıq”

TBMM-dən İsrailin hücumlarına REAKSİYA: “Suriya xalqının yanındayıq”

“Sabah”ın baş məşqçisi: “Oyunu mütləq qazanmalıyıq”

“Sabah”ın baş məşqçisi: “Oyunu mütləq qazanmalıyıq”

Leyla Əliyeva təbiətin mühafizəsinin 100 illiyinə həsr olunmuş fotosərginin AÇILIŞINDA - FOTO

Leyla Əliyeva təbiətin mühafizəsinin 100 illiyinə həsr olunmuş fotosərginin AÇILIŞINDA - FOTO

Laçın meşəsində yanğının miqyası GENİŞLƏNİB - FOTO

Laçın meşəsində yanğının miqyası GENİŞLƏNİB - FOTO

Klinika direktoru arvadını buna görə güllələyib - TƏFƏRRÜAT

Klinika direktoru arvadını buna görə güllələyib - TƏFƏRRÜAT

Nigarın çimərlik geyimində görüntüləri MÜZAKİRƏ YARATDI - VİDEO

Nigarın çimərlik geyimində görüntüləri MÜZAKİRƏ YARATDI - VİDEO

Paşinyan Əliyevlə ikitərəfli görüşlərə davam etmək İSTƏYİR

Paşinyan Əliyevlə ikitərəfli görüşlərə davam etmək İSTƏYİR

Adnan Oktarın həbsxanadan çəkilmiş şəkli maraq doğurdu - FOTO

Adnan Oktarın həbsxanadan çəkilmiş şəkli maraq doğurdu - FOTO

İsrailli nazir: “Bir dəfə cihadçı olan, həmişə cihadçı qalır”

İsrailli nazir: “Bir dəfə cihadçı olan, həmişə cihadçı qalır”

Qazaxın bir neçə kəndində QAZ OLMAYACAQ

Qazaxın bir neçə kəndində QAZ OLMAYACAQ

“Zirə” Türkiyə klubunu DARMADAĞIN ETDİ

“Zirə” Türkiyə klubunu DARMADAĞIN ETDİ

İlqar İsmayılov azadlığa buraxıldı

İlqar İsmayılov azadlığa buraxıldı

Liderlər nahar süfrəsində...

Liderlər nahar süfrəsində...

Laçında dağlıq ərazidə yanğın başlayıb - YENİLƏNİB

Laçında dağlıq ərazidə yanğın başlayıb - YENİLƏNİB

“Fənərbağça” onunla RAZILIĞA GƏLDİ

“Fənərbağça” onunla RAZILIĞA GƏLDİ

End of content

No more pages to load

RADİO