"Lester"in yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə klubu rəsmi saytı məlumat yayıb.
Komanda Marti Sifuentesə həvalə olunub. Onunla 3 illik müqavilə imzalanıb.
Mütəxəssis bundan əvvəl “Quins Park Reyncers”, “Hammarbi”, "Sandefyord", "Hospiteilit", "Rubi", "AaB" komandaların çalışdırıb.
Qeyd edək ki, "Lester"in son baş məşqçisi Ruud van Nistelroy olub. Komanda İngiltərə Premyer Liqasının 2024/2025-ci il mövsümünün sonunda turnir cədvəlində 18-ci yeri tutaraq Çempionşipa düşüb.
Bizim.Media