"Napoli" "Udineze"nin hücumçusu Lorenzo Lukkanı heyətinə qatmağa hazırlaşır.
Bizim.Media xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Neapol təmsilçisi 24 yaşlı futbolçu üçün 30 milyon avro təklif edib. Tərəflər artıq müqavilənin yekun detallarını müzakirə edirlər.
Bildirilib ki, italiyalı forvard artıq transferə razılıq verib.
2024/25 mövsümündə Luka "Udineze"nin heyətində 36 matçda 14 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizim.Media