Kişi voleybolçular arasında Çağırış kubokunun püşkü atılıb.
Bizim.Media xəbər verir ki, mərasimdə avrokuboklarda debüt edəcək “Xilasedici”nin də rəqibi bəlli olub.
Bakı təmsilçisi Balkan kubokunun qalibi olacaq komanda ilə üz-üzə gələcək.
“Xilasedici” mübarizəyə 1/32 finalda start verəcək. Komandaların birinci oyunu noyabr 11-13-də, cavab görüşüni bir həftə sonra keçirəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media