“Zirə” klubunun legioneri Rafael Utziq transferə çıxarılıb.
Bu barədə Bizim.Media-ya klubun mətbuat katibi Elmar Abdullazadə məlumat verib.
Onun sözlərinə görə, buna səbəb braziliyalı futbolçunun komandadan getmək istəməsidir.
“Mövsüm başa çatandan sonra Rafael Utziq baş məşqçi ilə danışaraq klubdan getmək istədiyini bildirdi. Buna görə də klub olaraq hazırda Rafael Utziqi transferə çıxarmışıq”.
Klub rəsmisi həmçinin futbolçuya digər klublardan maraq olub-olmaması məsələsinə də aydınlıq gətirdi:
“Hələ ki, futbolçu ilə bağlı rəsmi bir təklif yoxdur. Hər şey rəsmiləşəndən sonra bu barədə açıqlama veriləcək”.
Rəşad Rafiqoğlu, Bizim.Media