Przemyslav Frankovski “Qalatasaray”dan ayrıla bilər. Polşalı cinah oyunçusu A Seriyasından ciddi təklif alıb.
Bizim.Media xəbər verir ki, 30 yaşlı oyunçu “Yuventus”un hədəfinə düşüb.
Turinlilər İstanbul klubu ilə 3 illik müqaviləsi olan təcrübəli futolçunun transferi üçün 7 milyon avro ödəməyə hazırdır.
“Qalatasaray” qışda “Lans”dan icarəyə götürdüyü Frankovskinin transfer hüquqlarına bu ayın əvvəlində sahib olub. Türkiyə klubu xərclədiyi 7 milyondan daha çoxu təklif olunacağı halda İtaliya klubuna “yaşıl işıq” yandıra bilər.
Rəşad Rafiqoğlu, Bizim.Media