Bakı Apellyasiya Məhkəməsində həbsdə olan tiktoker Rəşad Abdullayevin barəsində Nərimanov Rayon Məhkəməsinin çıxardığı qərardan verilən apellyasiya şikayətinə baxılıb.
Bizim.Media xəbər verir ki, bu barədə oxu.az-a vəkil Yusif Seyfəlov məlumat verib.
O bildirib ki, proses zamanı şikayət araşdırılıb və təmin edilib. Məhkəmənin qərarı ilə R.Abdullayevin barəsində olan həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib.
Tiktoker məhkəmə zalından azad edilib.
Qeyd edək ki, R.Abdullayev ötən il dekabrın 27-də Daxili İşlər Nazirliyi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılıb. Ona qarşı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, internetdə onlayn qumar oyunları təşkil etmə maddələri ilə cinayət işi başlanıb və barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Ötən ay onun barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə Nərimanov Rayon Məhkəməsinə müraciət olunsa da, məhkəmə müraciəti təmin etməmişdi. R.Abdullayevin vəkili qərardan apellyasiya şikayəti vermişdi.
Bizim.Media