Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan "Zirə"nin yoxlama oyununda üz-üzə gələcəyi daha bir komanda bəlli olub. Bizim.Media xəbər verir ki, "qartallar" yerli "Çorum" komandası ilə qarşılaşacaq. Matç iyulun 15-də olacaq.
Türkiyə təmsilçisində Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev və "Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiç də çıxış edir.
Qeyd edək ki, "Zirə" daha əvvəl "Ankara Keçiörengücü" (2:1) və İordaniyanın "Əl-Hüseyin" (1:0) klubuna qalib gəlib.
Rəşad Rafiqoğlu, Bizim.Media