"Fənərbağça" Belçika “Gent”indən Arçi Braunu transfer edib.
Bizim.Media xəbər verir ki, bu barədə İstanbul klubu rəsmi məlumat yayıb.
Belə ki, 23 yaşlı ingilis müdafiəçi ilə “3+1” illik müqavilə bağlanılıb.
Türkiyə mətbuatında yayılan informasiyaya görə, müdafiəçinin keçidi “Fənər”ə 8,5 milyon avroya başa gəlib.
Qeyd edək ki, “sarı-lacivərlilər” daha öncə Con Duran və Abdou Aziz Fallı da heyətinə qatıb.
Rəşad Rafiqoğlu, Bizim.Media