Bu gün FIFA klublararası dünya çempionatına yekun vurulacaq.
Bizim.Media xəbər verir ki, final görüşündə İngiltərənin "Çelsi" klubu ilə UEFA Çempionlar Liqasının son qalibi, Fransa təmsilçisi PSJ üz-üzə gələcəklər.
Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Qeyd edək ki, "Çelsi" yarımfinal mərhələsində Braziliyanın "Fluminense" klubunu 2:0 hesabı ilə məğlub edərək finala vəsiqəni təmin edib. PSJ isə "Real Madrid"lə görüşdən 4:0 hesablı üstünlüklə ayrılıb.
13 iyul
FIFA klublararası dünya çempionatı
Final
Saat 23:00, "Çelsi" - PSJ.
Bizim.Media