Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə” bu gün ikinci yoxlama oyununa çıxıb.
Bizim.Media xəbər verir ki, Premyer Liqanın gümüş medalçısı “Əl-Hüseyin”lə qarşılaşıb.
İordaniya təmsilçisi ilə oyunda qapılara cəmi bir qol vurulub. Qarşılaşmanın 45-ci dəqiqəsində "Zirə"nin yeni transferi Brahimi Konate fərqlənib. Matçın qalan dəqiqələrində 1:0 hesabı dəyişməyib və təmsilçimiz keçirdiyi ikinci yoxlama matçını da qələbə ilə başa vurub.
Yoxlama oyunu
12 iyul
18:00. “Zirə” - “Əl-Hüseyin” (İordaniya) - 1:0
Qol: Brahim Konate, 45
Əsas heyət: Aydın Bayramov, Ruan Renato, Anje Mutsinzi, Qismət Alıyev (K), İssa Cibriel, Guima, Ayron Qomis, Brahim Konate, Georgi Papunaşvili, Junior Martins, Davit Volkov
Oyuna sonradan girənlər: Rövlan Muradov, Ceyhun Nuriyev, Abdul Aziz, Elçin Əlicanov, Hacıağa Hacılı, Ramiz Muradov, Fuad Bayramov, Şahmar Aşurov, Stefan Aka, Əhliman Süleymanov
Fanatik Tur Meydançaları
Qeyd edək ki, “Zirə” Türkiyə ilk sınaq oyununda yerli “Ankara Keçiörengücü”nə 2:1 hesabı ilə qalib gəlib.
Rəşad Rafiqoğlu, Bizim.Media