Yeni mövsümün hazırlığını Türkiyədə davam etdirən "Turan Tovuz"un təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərindən biri məlum olub.
Bizim.Media xəbər verir ki, Kurban Berdiyevin rəhbərlik etdiyi kollektiv İran Pro Liqasının son çempionu "Traktor"la qarşılaşacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qarşılaşma iyulun 29-da baş tutacaq.
Təbriz təmsilçisi ilə baş tutacaq oyunun başlama saatı və məkanı haqda əlavə məlumat veriləcək.
Rəşad Rafiqoğlu, Bizim.Media