"Sabah" bu gün Avropa Liqasının 2025/26 mövsümündə mübarizəyə başlayıb.
Bizim.Media xəbər verir ki, Azərbaycan təmsilçisi 1-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində evdə "Çelye" (Sloveniya) ilə qarşılaşıb.
“Bank Respublika Arena”da keçirilən matç Masazır təmsilçisinin 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
Görüşü Qazaxıstandan olan hakimlər briqadası idarə edib.
Bu komandalar arasında cavab oyunu isə iyulun 17-də Sloveniyada olacaq.
İki matçın cəmində üstün olan tərəf 2-ci turda AEK (Kipr) – “Partizan” (Serbiya) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub komanda isə yoluna Konfrans Liqasında davam edəcək və "Birkirkara" (Malta) - "Petrokub" (Moldova) cütünün qalibi ilə qarşılaşacaq.
Avropa Liqası, 1-ci təsnifat mərhələsi, ilk oyunlar
10 iyul
20:00. "Sabah" (Azərbaycan) - "Çelye" (Sloveniya) - 2:3
Qol: Pavol Şafranko, 3 (1:0); Franko Kovaçeviç, 7 (1:1); Pavol Şafranko, 18 - pen. (2:1); Franko Kovaçeviç, 48 (2:2); Hrka, 90+3 (2:3)
Hakimlər: Daniyar Saxi, Samat Terqeussizov, Sergey Klaçyo, Saken Baiymbet (Qazaxıstan)
“Bank Respublika Arena”
Bizim.Media