"Neftçi"dən ayrılan Filip Ozobiç karyerasını Azərbaycanda davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, millimizin sabiq üzvünün xidmətində "Sumqayıt" maraqlıdır.
Tərəflər arasında ilkin danışıqlar da baş tutub. 34 yaşlı orta sahə oyunçusu hazırda klubsuzdur.
Son mövsüm "ağ qaralar"ın bombardiri olan təcrübəli sima keçirdiyi 33 görüşdə 8 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media