I Liqada mübarizə aparan "Mingəçevir" klubuna yeni baş məşqçi təyin olub.
Bizim.Media xəbər verir ki, komandaya yeni mövsümdə Ramiz Məmmədov rəhbərlik edəcək.
PRO kateqoriyalı 56 yaşlı məşqçi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, o, "Mingəçevir"i ötən mövsüm I Liqada saxlamağı bacaran Füzuli Məmmədovu əvəzləyib.
Bizim.Media