“Şamaxı” futbolçusu Səbayıl Bağırovla yollarını ayırıb.
Bizim.Media xəbər verir ki, müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Premyer Liqa klubu Bağırova göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Səbayıl Bağırov ötən mövsüm "Şamaxı"nın heyətində 21 rəsmi matçda meydana çıxıb.
Rəşad Rafiqoğlu, Bizim.Media