Azərbaycanlı futbolçu İlkin Muradov karyerasını Qırğızıstanda davam etdirəcək.
Bizim.Media xəbər verir ki, yarımmüdafiəçi İlkin Muradov “Abdış-Ata” klubu ilə anlaşıb.
Tərəflər arasında 1 illik müqavilə imzalanıb. İlkin Muradov son olaraq “Səbail”də çıxış edib.
Lakin klub Premyer Liqanı tərk edəndən sonra komandadan ayrılıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Mirabdulla Abbasov da “Abdış-Ata klubu ilə müqavilə bağlamışdı.
Rəşad Rafiqoğlu, Bizim.Media