"Qalatasaray" Viktor Osimhenlə bağlı "Napoli"yə son təklifini verib.
Bizim.Media xəbər verir ki, Türkiyə çempionu nigeriyalı futbolçu üçün tələb olunan 75 milyon avronu ödəməyə hazırdır.
Son mövsümü icarə əsasında "Qalatasaray"da keçirən 26 yaşlı forvard Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun sərfəli təklifini rədd etmişdi. Avropa klubları isə Osimhenin müqaviləsində yer alan 75 milyonluq sərbəst qalmaq maddəsini ödəmək istəmirlər. Nəticədə İstanbul təmsilçisi "Napoli"yə növbəti təklifini göndərib.
Qeyd edək ki, Viktorun neapollularla 2026-cı ilin yayına kimi müqaviləsi var. Bu keçid baş tutarsa, Türkiyə futbolunda rekord transfer məbləğı kimi tarixə düşəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media