“Neftçi” İsrailin “Makkabi” (Netanya) klubunun futbolçusu Freddi Varqası heyətinə qatmaq istəyir.
Bizim.Media xəbər verir ki, hazırda paytaxt klubunun rəsmiləri transferin rəsmiləşməsi üçün danışıqları davam etdirir.
Futbolçunun klubu ilə müqaviləsi var və onun transfer qiyməti təxminən 600 min avrodur.
“Neftçi” hələlik futbolçunu icarə əsasında heyətə qatmaq istəyir. Qeyd edək ki, Freddi Varqas 2024-cü ildən “Makkabi”də çıxış edir. Onun transfer qiyməti 600 min avrodur.
Rəşad Rafiqoğlu, Bizim.Media