Avropa İttifaqı (Aİ) ölkələrinin maliyyə nazirləri Bolqarıstanın milli valyutası olan levdən avroya keçidini təsdiqləyiblər.
Bizim.Media xəbər verir ki, bu barədə Aİ-nin rəsmi saytında məlumat yayılıb.
Keçidin 2026-cı ilin əvvəlində baş tutması planlaşdırılır.
Bolqarıstan avronu rəsmi milli valyuta kimi istifadə edən 21-ci ölkə olacaq. Müəyyən edilmiş məzənnəyə görə 1 avro 1,95583 leva təşkil edəcək.
Bizim.Media