İyulun 7-dən etibarən yeni mövsümün hazırlıqlarına start verən “Sumqayıt” Futbol Klubu məşqlərini iyulun 24-dək öz bazasında keçirəcək.
Bizim.Media xəbər verir ki, ayın 25-də Qəbələyə yola düşəcək komanda hazırlıqların ikinci mərhələsini burada davam etdirəcək.
Avqustun 8-dək baş tutacaq təlim-məşq toplanışı müddətində 4 yoxlama görüşü nəzərdə tutulub.
Rəqiblərin kimliyi və oyunların keçirilmə vaxtı barədə klubun rəsmi media platformalarında məlumat veriləcək.
Rəşad Rafiqoğlu, Bizim.Media