Premyer Liqaya yüksələn "Karvan" növbəti transferini reallaşdırıb.
Bizim.Media xəbər verir ki, Yevlax təmsilçisi "Səbail"dən ayrılan Süleyman Əhmədovla anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı sağ cinah müdafiəçisi ilə 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Karvan" daha əvvəl Eltun Turabovu rənglərinə bağlayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media