“Səbail”in futbolçusu Rüfət Abdullazadənin Türkiyə klubu “Vansspor”a mümkün keçidi haqda xəbər vermişdik.
Bizim.Media xəbər verir ki, 2025/2026 mövsümündən Türkiyə birinci liqasında mübarizə aparacaq klub Abdullazadə üçün “Səbail”ə ödəniş etməli olacaq.
Buna səbəbi isə yarımmüdafiəçinin Bayıl təmsilçisi ilə hələ 1 illik müqaviləsinin olmasıdır.
Hazırda tərəflər arasında danışıqlar gedir. “Səbail”in Rüfətin transferindən 50-60 min dollar arası gəlir əldə edəcəyi gözlənilir.
Rəşad Rafiqoğlu, Bizim.Media