“Turan Tovuz” heyətini yeni legionerlə gücləndirməyə çalışır.
Bizim.Media xəbər verir ki, komanda portuqaliyalı hücumçu Rikardo Matoseni transfer etməyə çalışır.
27 yaşlı hücumçu hazırda klubsuzdur.
Son olaraq Rumıniyanın “Qloriya” klubunun şərəfini qoruyan Matos Portuqaliya və İtaliya klublarının da formasını geyinib. Əgər tərəflər maliyyə məsələlərində razılaşa bilsələr, yaxın günlərdə onun “Turan Tovuz”a keçidi rəsmiləşə bilər.
Rəşad Rafiqoğlu, Bizim.Media