Gürcüstanın Batumi şəhərində qadınlar arasında şahmat üzrə Dünya Kuboku davam edir.
Bizim.Media xəbər verir ki, bu gün azərbaycanlı qrosmeysterlər ikinci dövrənin cavab oyunlarına çıxıblar.
Şahmatçılarımız dördü də günü heç-heçə ilə başa vurub. Nəticədə Ülviyyə Fətəliyeva iki oyundan sonra növbəti mərhələyə yüksəlib. Xanım Balacayeva qazaxıstanlı rəqibinə uduzaraq, mübarizəni dayandırıb.
Qeyd edək ki, Dünya Kubokunun ümumi mükafat fondu 691 250 ABŞ dollarıdır. Qalib şahmatçı 50 min dollar qazanacaq. Yekunda ilk üç yeri tutacaq şahmatçı İddiaçılar Turnirinə vəsiqə əldə edəcək.
Bizim.Media