“Neftçi” klubunun heyətinə qatmaq istədiyi daha bir legionerin adına aydınlıq gəlib.
Bizim.Media xəbər verir ki, söhbət braziliyalı legioner İqor İnosensiodan gedir.
27 yaşlı braziliyalı müdafiəçinin hazırlı klubu “Villa Nova”dır. Onun adı çəkilən komanda ilə noyabrın 30-na qədər müqaviləsi var.
Qeyd edək ki, İnosensio əvvəllər “Juventuda”, “Koritiba”, “Seara”, “Avai” və “Ponte-Preta” klublarının da şərəfini qoruyub.
Rəşad Rafiqoğlu, Bizim.Media